Elxan Süleymanov daha 250 ailəyə yardım etdi:bu dəfə Göyçayda

Aİ XİNŞ “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik fəaliyyətini qiymətləndirəcək
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, xeyriyyəçi Elxan Süleymanov koronovirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin günlərində daha bir yardımlaşma kampaniyası həyata keçirib. Bu dəfə E.Süleymanov doğulduğu Göyçay rayonunda 250-dən çox ailəyə ərzaq və ət paylayıb.

Kampaniyanı müsavat.com saytının əməkdaşı da izləyib.

Öncə rayonun əsasən Qaraman kəndində, habelə Bığır kəndində və rayon mərkəzində yaşayan 40-dan çox ailəyə ərzaq səbəti verilib. Həmçinin, ötən həftə sonu E.Süleymanov bir neçə dana kəsdirərək, 300 kiloqramdan artıq bərabər çəkilərdə paketlənmiş əti 210-dan çox ailəyə çatdırıb.

Aprelin 23-də isə Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi 1, 2, 3 saylı binaların sakinlərinə – cəmi 400 ailəyə ərzaq yardımı edilib. Həmin yardımlaşmanı bu linkdən izləyə bilərsiniz: Link: https://musavat.com/news/elxan-suleymanovdan-novbeti-xeyriyye-aksiyasi-400-aileye-yardim-etdi-fotolar-video_696376.html

Elxan Süleymanov həmçinin, mart ayında 1 illik təqaüdünü (aylıq 3900 manat, illik 46800 manat) Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Nəzərə çatdıraq ki, Elxan Süleymanov 40 ilə yaxındır xeyriyyəçiliklə məşğul olur. Onun xeyriyyəçilik fəaliyyətinin bir hissəsi ilə aşağıdakı yazıdan tanış ola bilərsiniz – Link: https://musavat.com/news/xeyriyyecilik-bu-gun-de-var-sabah-da-baliq-bilmese-de-xaliq-bilir_576369.html

Musavat.com