“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilib

Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışı olub
Bölgələrdə yeni DOST Mərkəzləri, reabilitasiya və peşə hazırlığı müəssisələri yaradılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri ilə görüşüblər

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644) 6-1-ci maddəsinin birinci cümləsində “2023-cü il fevralın 1-dən 280” sözləri “2025-ci il fevralın 1-dən 320” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2025-ci il fevralın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2025-ci il

President.az