ƏMƏKDAŞLARIMIZ

Elxan Sirac oğlu Süleymanov
Prezident
 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 saylı orta məktəblərində müəllim işləmişdir. E.Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır. Onun geniş fəaliyyəti sayəsində bu klub əsl mədəniyyət və sənət ocağına çevrilmiş, bir çox görkəmli sənət xadimləri, musiqiçilər, bəstəkarlar, müğənnilər ilk yaradıcılıq addımlarını məhz burada atmışlar. Həmin illərdə kluba toplaşmış sənətçilərin çıxışları bütün Azərbaycanı əhatə etmişdir. Bir təşkilatçı, xeyriyyəçi kimi, Elxan Süleymanovun fəaliyyətinin sonrakı dövrləri də mədəniyyət, incəsənət və təhsildən ayrılmaz olmuşdur. O, 1981-1982-ci illərdə Yazıçılar İttifaqının şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982-1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində “Azərattraksion”un baş direktoru işləmiş, 1985-1989-cu illərdə isə “Nizami” kino- teatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
E.Süleymanov 23 il ərzində respublikanın müxtəlif mədəniyyət müəssisələrinin rəhbəri kimi ölkədə mədəniyyət, incəsənət və Azərbaycan kinosunun inkişafı və təbliği, gənc istedadların üzə çıxarılması və inkişafı üçün yorulmadan çalışmışdır. Bu illər ərzində o, bir çox istedadlı gəncin yetişməsi üçün münbit şərait yaratmış, onlara dəstək olmuşdur. Onun rəhbərlik etdiyi mədəniyyət ocaqlarında yetişmiş onlarla istedadlı gənc bu gün nüfuzlu sənətkarlar, Xalq artistləri kimi respublikamızın teatrlarında, kino, musiqi sahələrində uğurla fəaliyyət göstərirlər. E.Süleymanovun kino sahəsində xidmətləri də xüsusi qeyd olunmalıdır. O, 1987-ci ildə Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq kino festivalının təşkilatçılarından biri olmuş, bu məqsədlə məhz onun təşkilatçılığı ilə “Nizami” kinoteatrı köklü şəkildə rekonstruksiya edilmiş, sənət mərkəzlərindən birinə çevrilmişdir.
Bir çox ədəbi-bədii, elmi, maarifçi kitabların işıq üzü görməsi, böyük tirajla nəfis tərtibatda dərc edilib oxuculara çatdırılması da E.Süleymanovun xeyriyyəçilik fəaliyyəti sayəsində mümkün olmuşdur.
Elxan Süleymanov 1990-1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir. ölkəmizin müharibə şəraitində və keçid dövrünü yaşadığı 1990-1993-cü illərdə respublikamızda ərzaq probleminin həllində, o cümlədən, əhalinin gündəlik qida məhsulları ilə təmin edilməsində fəal iştirak edən E. Süleymanov 1990-1993-cü illərdə Azərbaycana yüz min tondan çox qənd, şəkər tozu, taxıl, taxıl məhsulları və digər bir çox çeşidli ərzaq mallarının gətirilməsini təmin etmişdir. O, 1990-1993-cü illərdə müharibə zamanı cəbhə xəttinə, döyüşlərdə iştirak edən ordu hissələrinə yüzlərlə ton müxtəlif ərzaq və geyim göndərmişdir.
E. Süleymanov Göyçay, Ağsu, Kürdəmir, Biləsuvar rayonları ərazisində 2500 hektar nar bağları salmış, həmin ərazilərdə yolları abadlaşdırmış, su kanallarını təmir etdirmiş və nəhayət, 850-dən çox ailəni işlə təmin etmişdir.
Bütün şirvanda məşhur xeyriyyəçi və maarifçi kimi tanınmış mərhum babası Hacı Rəhim əfəndinin xeyriyyəçilik fəaliyyətini davam etdirən Elxan müəllim Göyçay şəhərində Azərbaycan şairi əli Kərimə və şəhid İsmət Qayıbova abidələr qoydurmuş, Qaraman kəndindəki tarixi məscid binasını bərpa etdirmiş və həmin kəndə 7 km uzunluğunda yol çəkdirmiş, respublikanın 300-dən artıq şəhid ailəsinə yardımlar etmiş, 1993-1996-cı illər ərzində Göyçay məktəblərində təhsil alan 150 əlaçı şagirdi təqaüdlə təmin etmiş, Azərbaycanın müxtəlif regionlarından olan bir çox gənclərin ölkəmizdə, ABş-da və Avropa ölkələrində təhsillərini davam etdirməsinə, doktoranturada oxumasına sponsorluq etmiş, soydaşlarımızın müxtəlif xəstəliklərdən müalicəsi üçün onları maliyyə vəsaiti ilə təmin etmişdir.
E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı”, “Xocalı soyqırımı: milyon imza-bir tələb”, “şuşa – qədim Azərbaycan diyarı”, “Bir faciə haqqında iki foto-söhbət”, “Tarixi faktlar erməni miflərinə qarşı” topluları nəşr edilərək ABş və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
“Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsi çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası toplanaraq kitab halında nəşr etdirilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərbaycan, ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində keçirilən “Bakı-qəhrəman şəhər” layihəsi çərçivəsində isə İkinci Dünya müharibəsi dövründə Azərbaycan paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda keçirilən seçkilərdə və referendumda müşahidəçilik və “exit- poll” fəaliyyətini də həyata keçirən bu təşkilat insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr həyata keçirmiş, beynəlxalq konfranslar təşkil etmişdir. Beləliklə AVCİYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində inamla irəliləyir.
85 saylı Şamaxı seçki dairəsindən dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Şöhrət ordeni və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

 Dəyanət Musa oğlu Musayev

Vitse-prezident

1980-cı il iyunun 15-də Şamaxı rayonunda anadan olub. 1997-cu ildə Şamaxı rayonu 4 saylı tam orta məktəbini bitirib.

Ali təhsillidir. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini tarix ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə magistr pilləsi üzrə fərqlənmə ilə  bitirib. 2005-2008-ci illərdə ADPU-nun əyani aspirantı olub. 2009-cu ildə “Ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisində interaktiv təlim metodlarından istifadənin imkanları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiyə edərək, pedaqogika üzrə fəlsəfə doktoru (tarixin tədrisi ixtisası üzrə) elmi dərəcəsi almışdır.

2005-2010-cu illərdə Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyində icraçı direktor vəzifəsində çalışmışdır.

2008-ci ildən bu günə kimi  ADPU-da müəllim, müəllim  sonra baş müəllim vəzifəsində çalışır.

2008-2017-ci illərdə ADPU-nun tarix fakültəsinin həmkarlar ittifaqının sədri,

2010-cu ildən bu günə kimi Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsidir.

2012-2014-ci illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olmuşdur.

2014-2017-ci illərdə ADPU-nun tarix fakültəsinin Elmi Şurasının elmi katibi olmuşdur.

2014 ildən Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun həmsədridir.

2015-ci ildən bu günə kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tarix və Siyasi elmlər üzrə Ekspert Şurası”nın elmi katibidir.

2018-ci ildən ADPU-nun elmlər doktoru hazırlığı üzrə dissertantıdır.

2018-ci ilin oktyabrından Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidentidir.

COMMENTS