Emin Əmrullayev: Son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb

Prezidentin Sahil Babayevin Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında Sərəncamı
Noyabrın 5-də və 6-da paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb. Yəni biz 1000 məktəbdən 400 məktəbə qədər enə bilmişik. Bu, hər il orta hesabda 100 məktəb deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir, həmçinin bildirib: “Yerdə qalan təxminən 400-dən az məktəbimiz var ki, bunların hazırda əsaslı təmirə, ya da yenidən tikilməsinə ehtiyac var. Bu məsələnin həlli yəqin ki, hər il bu istiqamətə ayrılan maliyyə vəsaitindən asılıdır. İkincisi, bu məktəblərin hər birinin və yaxud hamısının bir ilə təmiri və yenidən tikilməsi qeyri-mümkündür. Bu, təbii ki, obyektiv səbəblərlə bağlıdır”.

AZƏRTAC