Ərdoğan: Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib
Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Türkiyə ilə birlikdə Azərbaycan və Gürcüstanın da bütün imkanları səfərbər edilib.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş Vilayət sədrləri iclasında deyib.

O qeyd edib ki, qəzaya uğryan təyyarənin qara qutusu tapılıb və incələmələrə başlanılıb. 19 şəhidin nəşini tapmışıq, sonuncunun tapılması istiqamətində işlər davam edir. Millətimizlə birlikdə azərbaycanlı qardaşlarımız və gürcü dostlarımızı da çox məyus edən bu faciəvi hadisəni bütün yönləri ilə araşdırırıq. Azərbaycanlı qardaşlarımız bütün dəstəyini göstərir”.

R.T.Ərdoğan xalqı dezinformasiyadan qaçmağa da çağırıb:

“Vaxtaşırı bütün lazımi məlumatları ictimaiyyətlə rəsmi kanallar vasitəsilə bölüşürük, xalqımızı yalan, yarımçıq, rəsmi olmayan məlumatlara inanmamağa çağırıram. Şəhidlərimizin yaxınlarına, ailələrinə, türk millətinə başsağlığı verirəm. Ağrımızı bölüşən və başsağlığı verən ölkələrə də təşəkkür edirəm”.

Report