Ermənistan höküməti yeni “günah keçi”si tapıb

Aİ səfiri: “Azərbaycanla imzalanması planlaşdırılan saziş yeni imkanlar açacaq”
AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü
TÜRKPA baş katibi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Ermənilər müharibədə Azərbaycana məğlub olmalarının səbəbkarı kimi Hindistanı hədəfə alıblar Məhərrəm Zülfüqarlı:“Ermənistan müharibdə məğlub olduqdan sonra bu ölkənin rəsmiləri, generalları bunun səbəbinin orduda baş verən kütləvi fərarilik olduğunu, bununla bağlı cinayət işləri başlanıldığını, hərbiçilərin həbs edildiyini mətbuata açıqlayıblar”. “Ermənistan çalışır ki, şər atmaq yolu ilə zəif gördüyü Hindistandan təzminat qoparsın”.

Ermənistan “günah keçisi” axtarmaqda davam edir. Öz məğlubiyyətinin səbəbkarı kimi gah Rusiyanı ittiham edir, gah xaricdəki erməni lobbisini günahlandırır, gah da beynəlxalq təşkilatları görür. İndi isə Ermənistan düçar olduğu biabırçı məğlubiyyətə görə öz “qan qohum”unu-Hindistanı ittiham etməyə başlayıb.  

“Ermənistan müharibədə Azərbaycana məğlubiyyətdə Hindistanı günahlandırır və ondan nasaz “Svati” silah yerləşmə radarına görə 40 milyon ABŞ dolları təzminat tələb edir”.
“Report”un məlumatına görə, bu barədə Pakistan Müdafiə Nazirliyinin feysbuk səhifəsində yazılıb.
“Hindistanın reputasiyasını nəzərə alsaq, nə dəstək, nə də təchizat Ermənistana bariz nəticədə kömək edə bilməzdi”, – məlumatda qeyd olunub.
Doğrudanmı Ermənistanın Azərbaycanla müharibədə uduzmasına, məhz, bu amil səbəb olub?
AVCİA-nın vitse prezidenti, tarix elmləri doktoru, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı “Mövqe”yə şərhində bildirdi ki, Ermənistanın Azərbaycana məğlub olmasında bu amilin heç bir rolu olmayıb. Ekspert hesab edir ki, bu mənda Ermənistanın Hindistanı günahlandırması yersizdir və özünü növbəti dəfə aldatmasıdır. “Ermənistanın öz məğlubiyyətinin günahkarı kimi Hindistanı ittiham etməsi tamamilə yanlış fikirdir. Ermənistan çalışır ki, şər atmaq yolu ilə zəif gördüyü Hindistandan təzminat qoparsın. Ermənistan müharibdə məğlub olduqdan sonra bu ölkənin rəsmiləri, generalları bunun səbəbinin orduda baş verən kütləvi fərarilik olduğunu, bununla bağlı cinayət işləri başlanıldığını, hərbiçilərin həbs edildiyini mətbuata açıqlayıblar. Birincisi, Ermənistan müstəqil dövlət deyil. SSRİ dağıldıqdan və ayrı-ayrı respublikalar müstəqil dövlətlər qurduqdan sonra Ermənistan Rusiyanın forpostu olaraq qaldı. O Rusiyanın başqa ölkələrə qarşı istifadə etməsi üçün bir forpost olaraq mövcudluğunu davam etdirdi. Onların dövlətçilik anlayışları heç zaman olmayıb. Ermənilərin tarixən dövləti olmadığı üçün bir dövlətdə yaşayıb və xəyanət yolu tutaraq o ölkənin düşməni olan dövlət tərəfə keçiblər. Yəni Osmanlı ilə Bizans müharibə edəndə Bizans imperiyasına xəyanət ediblər, sonradan Rusiya ilə Türkiyə Birinci Dünya Müharibəsində vuruşarkən yaşadıqları Türkiyəyə Rusiyanın xeyrinə xəyanət ediblər. Məqsəd də Rusiyanın hesabına bizim bölgədə özlərinə bir qurum yaratmaq idi. Ermənistanın 44 günlük müharibədə Azərbaycana uduzmasının əsas səbəblərindən biri ermənilərin saxta, qondarma tarixə inanmalıdır. Bilirsiz ki, ermənilərin tarixçiləri onlar  üçün  nağıllar, əfsanələr yazıb, miflər uydurub. Bu onlarıb faciəsidir. Silaha gəlincə, bilirik ki, Ermənistana silahı əsasən Rusiya verib, özü də pulsuz. Pulsuz verilən silahlar da köhnə silahlar olub. Ermənistan höküməti əgər öz xalqına normal həyat yaşatmaq istəyirsə siyasətini dəyişməlidir. Hansısa dövləti müharibədə uduzmağının səbəbkarı kimi ittiham etməkdənsə birinci özünü, onun üçün yanlış, saxta, miflər əsasında tarix yazanları, bir də avantrüst rəhbərlərini ittiham etsin.  Bu rəhbərlik erməni xalqının başının altına yastıq qoymaqla onun sərvətini talamaqla məşğuldur və xalqı da tamamilə səhv yola yönəldiblər”.
Hindistan və Ermənistan münasibətlərinin belə şəkil almasına münasibət bildirən ekspert qeyd etdi ki, istənilən ölkə istənilən ölkədən silah ala bilər, bu mənada Ermənistanın Hindistanı hədəfə alması iyrənc erməni siyasətidir:”Müharibədə məğlub olan, iqtisadi, siyasi böhran içində çabalayan Ermənistan kimdənsə təzminat alma q, pul qoparmaq üçün fürsət axtarır. Ermənistan Hindistanı zəif görüb ona şər atıb ondan təzminat qoparmaq istəyir. Bu yanlış cəhdlərdir. Ermənistan unutmamalıdır ki, müharibədə məğlub tərəfədir və Azərbaycana qarşı etdiyi cinayətlərə görə bizim ölkəmizə təzminat ödəyəcək. Azərbaycanın beynəlxalq məhkəmələrdə qaldıracağı iddialar əsasında Ermənistan bizə təzminat ödəyəcək. Onlar bu barədə fikirləşsinlər. Bir də başqalarına qara yaxmaq, böhtan atmaqdansa bundan sonra gələcək talelərini fikirləşsinlər, indən sonra səhv siyasət yeritməsinlər ki, özünü xilas edə bilsin” – deyə M.Zülfüqarlı vurğuladı. 

Mövqe.az