“Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqə haqqında ƏSASNAMƏ

AVCİYA-nın Zaqatala nümayəndəliyində 150 müşahidəçi qeydə alınıb
Elxan Süleymanov: “AŞPA-nın Ermənistan üzrə məruzəçilərinin hesabatında işğal faktından bəhs edilmir”
AVCİYA Şirvanda seminar keçirdi
1. Ümumi müddəalar

Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu elektron və çap kütləvi  informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarətdir.
2.Müsabiqənin iştirakçıları
Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.
3.Müsabiqə 2 nominasiyada keçirilir:
– Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;
– Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar.
4. Müsabiqənin keçirilmə qaydası
– Müsabiqədə 1 fevral 2017-ci ildən 10 iyul 2017-ci il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).
– Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə, süjet və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.
– Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, televiziya və ya radioda göstərilmiş (səsləndirilmiş) veriliş, süjet və reportajlar iştirak edəcək.
5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:
– Çap Kütləvi İnformasiya Vasitələri:
Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.
– Televiziya:
Materialın internetdəki linki elektron poçta göndərilir.
– Radio:
Materialın internetdəki linki elektron poçta göndərilir.
– İnternet nəşrlər:
Materialın linki elektron poçta göndərilir.
– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:
Məqalənin, müsahibənin, verilişin, süjetin, reportajın adı,
Müəllifin adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Dərc olunmuş media orqanının adı.
Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.
6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
– Müsabiqəyə 2017-ci ilin iyul ayının 10-da yekun vurulacaq;
– Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:
2 – I yer – 750 manat
2 – II yer – 500 manat
4 – III yer – 250 manat.
7.Müsabiqəyə təqdim ediləcək materiallar [email protected] elektron ünvanına göndərilməlidir.

Əlaqə telefonu: 050 244 20 76