Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması:Qubadlı rayonu

Azərbaycan Milli Kitabxanası Düşənbədə keçirilən beynəlxalq konfransda iştirak edib
Ermənistan silahlı qüvvələrinin son təxribatları ilə bağlı
Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb

Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və oğlu Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.

Versiyalardan birinə görə, Qubadlı toponimi V–VI əsrlərdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır.

30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir.

Əhalisinin sayı işgaldan əvvəl: 29903 nəfər (əhali etinik tərkibcə azərbaycanlılardan ibarətdir) olmuşdur. 01.05.2020-ci il tarixinə olan məlumata görə Qubadlı əhalisinin sayı artaraq  38 558 nəfərə çatmışdır. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 26 oktyabr 2020-ci il tarixdə işğaldan azad olunmuşdur.

 Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Sahəsi 802 kvadrat kilometrdir.

Ermənistan Respublikası ilə (120 km) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.) Bakı şəhərindən rayon mərkəzinə 380 km-dir.

Səthi, əsasən dağlıqdır. Ən hündür nöqtəsi Topağac yüksəkliyidir. (2010 metr) Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çayları arası) burada 450 metrədək alçalır. Əqiq və inşaat materilları yatağı var. Iqlimi, əsasən mülayim, isti quru subtropikdir. Çayları Bərgüşad, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 13160 hektar meşə sahəsi vardır. Kollu və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Heyvanları; çöl donuzu, qonur ayı, cüyür, canavar, çaqqal, tülkü, vaşaq, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qum sıçanları və s. Quşları: qartal, boz kəklik, turac, qırqovul, bildirçin, leylək və s. 1966-cı ildə rayonda 20 min hektar sahəsi olan Qubadlı Dövlət Təbiət yasaqlığı yaradılmışdır.

Rayon 1 şəhər və 93 kəndi əhatə edir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

Qubadlı rayonu 25 oktyabr 2020-ci il ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Qubadlı rayonu üzrə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektlər haqqında məlumat

Dəymiş zərərin ümumi miqdarı 1.485.627.0 min (bir milyard dörd yüz səksən beş milyon altı yüz iyirmi yeddi min) ABŞ dolları həcmindədir.

   Dağıdılmış və məhv edilmiş obyektlər.    Ölçü vahidi    Ümumi miqdarı    Ümumi dəyəri(min ABŞ dolları) 1994-cü il üçün qiymətlər.  
1.  İşğal edilmiş və ya dağıdılmış yaşayış məntəqələri  ədəd  94 
2.  Yaşayış evləri, mənzillər (şəhərdə, yaşayış məntəqələrində)  ədəd  6.988  490.000
3.  Sənaye obyektləriədəd87.000
4.  Kənd təsərrüfatı obyektləri (texnika, nəqliyyat və s.)  ədəd1080 
   Əkinçilik sahələri    ha  13.988  61.000
   Maldarlıq təsərrüfatları    ədəd  48  43.000
 İribuynuzlu heyvanlar  baş25.08615.000
 Xırdabunuzlu heyvanlarbaş25.8461.700
   Meyvə və üzüm bağları    ha  850  13.000
 Otlaqlar  ha17.13079.000
  5.  Rabitə obyektləri  ədəd  32  6.500
  6.  Səhiyyə müəssisələri  ədəd  86 
 Xəstəxanalar  ədəd428.000
 Poliklinikalar  ədəd124.000
 Doğum evləri  ədəd11.500
 Apteklər  ədəd4950
7.  Tədris müəssisələri (məktəblər, texnikumlar)    ədəd  63  75.000
8.  Məktəbəqədər müəssisələr (bağçalar)    ədəd  11  4.000
9.    Mədəniyyət müəssisələri  ədəd  180 
   Kitabxanalar    ədəd  84  35.000
 Klublar  ədəd5529.000
 Muzeylər  ədəd190
 Muzey eksponatları  ədəd2.350940
10.  Məscidlərədəd6180
11    Avtomobil yolları  km  650  2.000
12.    Dəmir yolu xətləri  km   
13.    Körpülər (avtomobil, dəmir yolu və s)  ədəd  9  3.500
14.    Su anbarları  ədəd  2  1.100
15.    Magistral su xətləri (kanalları)  km  150  450
16    Elektrik xətləri  km  4830    2.900
17.    Magistral qaz boru xətləri  km  165  670
18.    Meşə sahələri  ha  13.365  69.000
19.    Yerli icra və hüquq mühafizə idarələri  ədəd  6  9.000
20.    Fərdi əmlak (mənzil, məişət) əşyaları      288.910
21.    Digər idarə və müəssisələr  ədəd  95  24.800
22.    Yol idarələri  ədəd  4  3.000
23.    Tikinti müəssisələri  ədəd  9  7.500    
  24.    Həyətyanı torpaqlar  ha  12.905  79.000
25    Ev quşları  baş  1.048.200    4.500
26Arı ailəsiədəd1.210267
27  Hazır kənd təsərrüfatı məhsulları  ton  10.000  35.660
  28  Ərazi vahidi üzrə icra nümayəndələrinin inzibati binası  ədəd  31  2.400
29  Kiçin müəssisələr  ədəd  112  5.600
30  Kəndli fermer təsərrüfatarı  ədəd  14  1.120
31Kooperativlərədəd4120.000
32Dəyirmanlarədəd18890
33Su nasos stansiyalarıədəd42.500
34    Elektrik stansiyaları və  transformatorlar  ədəd  120  6.000
   Dəymiş ziyanın ümumi miqdarı.    1.485.627.0

Mənbə: Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabı