“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir

Prezidentin bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzaladı
Ermənistan növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.

Nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev – 93.9 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev – 1.2 faiz;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 1.8 faiz;

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa – 1.5 faiz;

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev – 0.9 faiz;

Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyev – 0.3.