Fərhad Məmmədov: Ermənistan vətəndaş cəmiyyətinin Azərbaycana səfərinin konkret tarixləri artıq müəyyənləşib

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan olunması təşəbbüsü ilə çıxış edib
Düşmənin mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib
Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb

Növbəti altı ay ərzində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərlərinin həyata keçirilməsi gözlənilir ki, bu da başlayan ikitərəfli dialoq prosesinin davamı olacaq.

Bunu “Report”a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-də Ermənistana səfəri daha geniş qarşılıqlı fəaliyyət proqramının bir elementi olub:

“Bizim səfərimiz anidən olmayıb. Bu, Azərbaycan nümayəndə heyətlərinin Ermənistana və Ermənistan nümayəndə heyətlərinin Azərbaycana gələcək səfərlərini nəzərdə tutan fəaliyyətin bir hissəsidir. Buna görə də ən azı qarşıdakı altı ay ərzində biz Ermənistana bir neçə dəfə səfər edəcəyik. Ola bilsin ki, söhbət təkcə paytaxtdan deyil, həm də ayrı-ayrı bölgələrdən gedəcək”.

F.Məmmədov vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri ilin sonuna qədər planlaşdırılır və konkret tarixlər artıq müəyyənləşdirilib:

“Proses yaxın zamanda həyata keçiriləcək. İctimaiyyət səfər, müzakirələrin gedişi və nəticələri haqqında vaxtında məlumatlandırılacaq. Bizim üçün təkcə görüşün özü deyil, həm də real nəticələr vacibdir. Buraya müzakirə olunacaq mövzular və konkret layihələrin həyata keçirilməsi daxildir”.

O əlavə edib ki, Ermənistan nümayəndə heyəti həm Azərbaycanda işçi qrupu, həm də yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.

Report.az