Finlandiyada Datse Ştrausanın “Qarabağ atları” rəsm sərgisi keçirilib

Prezident İlham Əliyev Bəhreyn Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən III hissə
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olub

Finlandiyanın Espoo şəhərində Avropa Azərbaycanlıları Konqresinə üzv olan Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşkilatı dəstəyi ilə “Qarabağ atları” rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, latviyalı rəssam xanım Datse Ştrausanın rəsmlərindən ibarət olan sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. Finlandiyada yaşayan rəssamın bu ekspozisiyası dünyanın bir çox ölkələrində nümayiş olunub. Onun əsas məqsədi Qarabağın və Qarabağ atlarının Azərbaycana aid olduğunu təbliğ etməkdir. Açılış mərasimində Finlandiya vətəndaşları, Azərbaycan diasporunun üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Datse Ştrausa Azərbaycana vurğunluğundan danışıb, bu sərgi vasitəsilə Avropaya Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olmasını göstərdiyini söyləyib.

Avropa Azərbaycanlıları Konqresinin baş katibi, FAA-nın vitse-prezidenti Arzu Oqtay Datse Ştrausaya bu rəsmlərə görə minnətdarlığını bildirib, qonaqlara Qarabağ həqiqətləri və Qarabağ atları haqqında ətraflı məlumat verib.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib, milli geyimlər nümayiş olunub.