Fransalı ekspert: “Vyana görüşü danışıqların sonuna yaxınlaşmaq perspektivinin yarandığını göstərir”

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
“Azərxalça” ASC-nin yeni sədri Emin Məmmədov qurumun kollektivinə təqdim olunub
Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş iki ölkə arasında siyasi dialoq mühitinin formalaşdığını göstərdi”.

Bunu “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

Onun sözlərinə görə, son altı ayda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib: “Vyana görüşü də 25 ildir fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutub. Bu görüş tərəflərin münaqişəni həll etmək istəyi ilə yanaşı, artıq birbaşa siyasi dialoq aparmaq mühitinin də formalaşdığını göstərdi. Mən hesab edirəm ki, bu il yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüş Vyana görüşünün birbaşa dialoq şəklində keçirilməsində rol oynayıb. Bu görüşün əhəmiyyəti böyükdür. Çünki görüş Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində keçirilib. Fikrimcə, Vyana görüşü bundan sonrakı danışıqlarda bir sıra mühüm məsələlərin qaldırılması üçün imkanlar açıb”.

Ekspert vurğulayıb ki, Vyana görüşü ilə bağlı çox nikbindir: “Çünki danışıqlar gərginliyin azaldığı bir dövrdə baş tutub. Həmsədrlər bəyanatlarında etimad tədbirlərini, habelə tərəflər arasında gərginliyin yenidən artmaması, atəşkəsin qorunması və möhkəmləndirilməsi kimi əsas elemenləri xatırladıblar. Hesab edirəm ki, danışıqların sonuna yaxınlaşmaq perspektivləri açılmaqdadır. Beləliklə, növbəti danışıqlar prosesi böyük əhəmiyyət daşıyacaq. Növbəti görüşlər zaman müzakirələrin Dağlıq Qarabağın statusu, yoxsa onun ətrafındakı 7 rayona həsr olunacağı bilinəcək. Hətta ATƏT-ə məxsus metodlardan istifadə etməklə, yəni balanslı dialoq şəraitində addım-addım irəliləməklə konkret nəticələrin əldə olunmasına çalışılacaq”.