Füzuli aeroportunun tikintisinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması planlaşdırılır

Bakının birləşdiriləcək bələdiyyələri məlum olub
Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir
Maliyyə Nazirliyi ötən il üzrə dövlət və icmal büdcənin icrasına dair məlumatı açıqlayıb

Füzulidə inşa olunan aeroportun tikinti işlərinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması nəzərdə tutulur.

Bu barədə aeroportun tikintisinin baş podratçısı “Azvirt” şirkətinin baş mühəndisi Cəfərağa Şiriyev deyib.

O bildirib ki, hazırda ərazidə minalardan təmizlənmə işləri getdiyi üçün, tikinti prosesinin sürəti aşağıdır.

“Bu ilin yaz aylarından tikinti prosesi sürətləndiriləcək və 24 saatlıq qrafikə keçiləcək. Həmçinin uzunluğu 3000 metr olan uçuş-enmə zolağının tikinti işlərinin də cari ildə başa çatdırılması nəzərdə tutulur”, – deyə C.Şiriyev qeyd edib.

AZƏRTAC