Füzulinin “Ərəb divanı” Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb

Prezident İlham Əliyevin liderliyi: Azərbaycanı Qələbəyə və inkişafa aparan yol
Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu şəhid olub
Məleykə Abbaszadə: “İldən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”

“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlərimiz, əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: “Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olunmalı, dünya kitabxanalarında mövcud olan əlyazmalarımızı ölkəmizə gətirməliyik”. 

report.az