Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

ATƏT və Aİ nümayəndələri prezident seçkilərinə hazırlıqlarla maraqlanıb
XİN: Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov məlumat verib.

“Hər bölgədə logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə mərkəz – azad ticarət zonası qurulub”, – deyə o qeyd edib.

Bundan başqa, R.Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir.