“Göyçay tarixi” kitabının təqdimat mərasimi keçirilib

Prezident İlham Əliyev 8 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Əli Həsənov: “The Financial Times” nəşrinin iddiaları qərəzlidir və müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına xidmət edir
“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə işıq üzü görüb
“Göyçay tarixi” kitabının təqdimatı oldu; Elxan Süleymanov Göyçayla tarixi bağları olan Türkiyənin Qaraman bölgəsinin qardaşlaşması təşəbbüsü ilə çıxış etdi
Oktyabrın 13-də “Göyçay ensiklopediyası” fündamental əsərinin (https://goychay-encyclopedia.az/) bir bölümü olan “Göyçay tarixi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Göyçay şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov, rofessor respublikanın əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı Şövqi Göyçaylı, Assosiasiyasının vitse-prezidenti, tarix üzrə elmlər doktoru Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, Filologiya elmləri doktoru, professor Asif Hacılı, “Yeni Müsavat” qəzetinin redaktoru, Ensiklopediyanın İdarə Heyətinin üzvü Elşad Məmmədli və rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
FB_IMG_1665736322778.jpg (45 KB)
Tədbir başlamazdan öncə İkram Vəliyev toplantı iştirakçılarına Şanlı Qələbəmizin ildönümü ərəfəsində olduğumuzu xatırlatdı və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İ.Vəliyev toplantı iştirakçılarını salamlayaraq, tədbirin göyçaylılar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “Şirvan düzünün şimal hissəsində – böyük Qafqaz dağlarının ətəklərində yerləşən, əzəmətli çinarları və narı ilə məşhur olan doğma Göyçayımız haqqında belə bir kitabın ərsəyə gəlməsi mühüm hadisədir. “Göyçay tarixi” adlı kitabın ideya müəllifi olan həmyerlimiz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanova bu təşəbbüsünə görə göyçaylılar adından öz təşəkkürümüzü bildiririk”.
bashci.jpeg (238 KB)
Daha sonra çıxış edən AVCİYA prezidenti Elxan Süleymanov hazırda hazırlanmaqda davam edən Göyçay Ensiklopediyasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf edildiyini bildirdi: “Biz 2023-cü il mayın 10-dək Ensiklopediyanı hazır edəcəyik. “Göyçay tarixi” kitabı bu Ensiklopediyanın bir qoludur və rayon və göyçaylılar haqda müfəssəl, əhatəli, elmi məlumatlarla zəngindir. Hər bir göyçaylının bu kitabı oxumasını tövsiyyə edirəm”.
Daha sonra Elxan Süleymanov AVCİYA-nın fəaliyyəti haqda geniş məlumat verdi.
elxan.jpg (3.08 MB)
O, Assosiasiyanın indiyədək xeyli sayda maarifləndirici, tarixi, elmi kitablar nəşr etdirdiyini, Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çoxlu sayda layihələr reallaşdırdığını, onun müəllifliyi ilə AŞPA-da 2016-cı ildə Sərsəng su anbarına dair 2085 saylı qətnamə qəbul olunduğunu və Ermənistanın həmin sənəddə birmənalı şəkildə işğalçı kimi tanındığını, bu qətnamənin qəbulundan sonra AVCİYA-nın ABŞ administrasiyasına petisiya ünvanladığını və 3 milyon insanın bunu imzaladığını xatırlatdı: “AVCİYA-nın tərkibində biz həmçinin, Ulu Öndər Heydər Əliyevin İrsini Araşdırma Mərkəzi də yaratmışıq və uzun illərdir aktiv fəaliyyət göstərir. Mən həm də bir göyçaylı kimi özümə borc bildim ki, Göyçay Ensiklopediyasını Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində hazırlayıb, təqdim edək. İşlərimiz sürətlə davam edir”.
E.Süleymanov Göyçayın çox qədim tarixi olduğunu, Göyçay qəzasının tarixi şəxsiyyətlərinin, ictimai-siyasi xadimlərinin, ədiblərinin ölkəmizin həyatında daim aktiv rol oynadıqlarını qeyd etdi: “Biz 5 il öncə “Göyçay döyüşləri” kitabını da təqdim etmişik. 1918-ci ilin yayında yaşanan Göyçay döyüşləri Azərbaycanın var olmasında, ADR-in yaranmasında, erməni-rus daşnakların işğalının qarşısının alınmasında misilsiz rol oynayıb. Bu döyüşlər ölkəmizin taleyini həll edib”.
E.Süleymanov maraqlı bir faktı diqqətə çatdırdı və mühüm təşəbbüs irəli sürdü: “Göyçayın Qaraman kəndi bu qəzanın ən qədim yaşayış məskənlərindəndir. Biz araşdırma apardıq və belə bir faktlar ortaya çıxıb ki, Göyçayın Qaraman ərazisi ilə qardaş Türkiyənin Qaraman vilayəti arasında tarixi bağlılıq var. Orada da Göyçay çayı, Göyçay məhəlləsi, Göyçay gölü, eyniadlı park var. Mən Göyçay rayon rəhbərliyinə, hörmətli İkram Vəliyevə rəsmi şəkildə AVCİYA adından müraciət edərək, Türkiyənin Qaraman bölgəsi ilə Göyçay rayonunun qardaşlaşması təşəbbüsünü irəli sürürəm. Bu işin təşkilati və texniki məsələlərini də AVCİYA öz üzərinə götürür. Xahiş edirəm, bu məsələ müvafiq qaydada müzakirə edilsin və biz bu şərəfli, tarixi, vacib işi həyata keçirək”.
Coğrafiya elmləri doktoru, professor respublikanın əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı Şövqi Göyçaylı “Göyçay tarixi” kitabında heç yerdə rast gəlinməyən faktların əks olunduğunu bildirdi və bu faydalı işi həyata keçirdikləri üçün AVCİYA-ya təşəkkürünü bildirdi.
şovqu.jpeg (228 KB)
Daha sonra çıxış edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, tarix üzrə elmlər doktoru Azərbaycan Turizm və Menecment Universitetinin professoru, kitabın müəllifi Məhərrəm Zülfüqarlı Göyçayın tarixi haqda xeyli maraqlı faktları sadaladı. O, cümhuriyyət dövründə Göyçay qəzasının 4 deputatla təmsil olunduğunu vurğuladı.
d2234861368950831aad10db48b16a7f.jpeg (226 KB)
Bildirdi ki, bu kitab hazırlanarkən qəzanın tarixi haqda indiyədək səliqəli bir arvix formalaşdırılmaması bəlli olub: “Bundan sonra Göyçay tarixinı araşdıranlar bu kitabdan ciddi şəkildə yararlana biləcəklər. “Göyçay tarixi” adlı kitabnda Azərbaycanın qədim bölgələrindən sayılan Göyçayın miladdan əvvəl II minillikdən hazırki dövrə qədərki tarixi keçmişi ilk dəfə olaraq kompleks şəkildə elmi əksini tapıb. Kitabda qeyd olunur ki, Göyçay qəzası 9 dekabr 1867-ci ildə Bakı quberniyasının tərkibində yaradılıb. Həmin əraziyə 7 rayon – Göyçay, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonları daxil edilib. Hazırda Göyçay rayonu 55 kənd və bir şəhərlə əhatələndiyindən müəllif haqlı olaraq, “Göyçayın tarixi” adlı kitabında qədim dövrdən 8 avqust 1930-cu ilə qədər, yəni Göyçay qəza mərkəzindən rayon mərkəzinə çevrilənə qədər olan dövrü birinci, son 92 ili isə 2-ci dövrə aid edib”.
“Göyçay tarixi” kitabı həm də bakalavr, magistr, doktorant, tədqiqatçı və regionun tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Filologiya elmləri doktoru, professor Asif Hacılı çıxışında bildirdi ki, “Göyçay tarixi” kitabında Göyçay rayonunda qədim dövr və Orta əsrlərdə, yeni dövrdə, qəza, cümhuriyyət və sovet mərhələlərində və nəhayət müstəqillik zamanında cərəyan etmiş milli əhəmiyyətli hadisələrdən bəhs edilir, bir sıra faktlar ilk dəfə təhlil və şərh olunur, oxucuya ümumiləşmiş qənaət təqdim edilir: “Kitabın əhəmiyyətli bir hissəsi mədəniyyət və ədəbiyyata həsr olunub. Ümumilikdə, Göyçayın tarixi haqqında ilk fundamental tədqiqat olan bu kitab Azərbaycanın öz təbiəti və mənəvi sərvəti etbarilə zəngin bu qədim bölgəsi haqqında gələcək araşdırmalara yol açan elmi dəyərə, gənclərimizin azərbaycançılıq idealları və vətənpərvərlik ruhunda tərbiyəsinə təkan verəcək didaktik əhəmiyyətə malikdir. Təbii ki, zəngin tarixə malik olan Göyçayın regional humanitar irsini, buranın görkəmli ziyalılarının, üləmalarının, maarifçilərinin, ədəbiyyat və sənət xadimlərinin hamısının fəaliyyətini burada əhatə etmək mümkün deyil. Bu rayonun tarixi, coğrafi mühiti, mədəniyyəti, ədəbiyyatı, tarixi və müasir şəxsiyyətləri, o cümlədən, İkinci Dünya müharibəsində, Birinci və İkinci Qarabağ müharibələrində canını fəda etmiş şəhidləri, qəhrəmanları haqqında məlumat adını çəkdiyimiz “Göyçay Ensiklopediyası”nda geniş təqdim ediləcək. Göyçaylı ədəbiyyat xadimlərinə də bu fundamental ensiklopediyada xüsusi yer veriləcək.
aba29519d4358d1bcc592b64ba2509bd.jpeg (237 KB)
Bu kitabda isə Göyçay əsilli ədiblərdən milli ədəbiyyat tariximizdə mühüm rol oynamış Həbibi, Qantəmir, Abdulla Faruq, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, Anar, İskəndər Coşqun, İbrahim Göyçaylı, İnqilab Kərimov, Feyruz Məmmədov kimi söz-sənət xadimlərindən bəhs edilib. Kitabda verilmiş materiallar bu ədiblərin yaradıcılıq özünəməxsusluğu, Göyçayın ədəbi-mədəni mühiti haqqında müəyyən təsəvvür yaradır və eyni zamanda, Göyçay əhalisinin sözə-sənətə olan diqqət və qayğısını da əyani şəkildə göstərir. Bu baxımdan Rəsul Rzanın ev-muzeyi, Əli Kərim adına Göyçay şəhər parkı, bu parkda salınmış “Əbədiyaşar ədiblər” Kompleksi haqqında məlumat qədirbilən göyçaylıların şeirə, sənətə olan sıcaq münasibətinin nümunəsi kimi təqdim olunur”.
Daha sonra Göyçay Ensiklopediyasının İdarə Heyətinin üzvləri – Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, professor Ramiz Sevdimalıyev, tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, rayon ziyalıları adından respublikanın əməkdar müəllimi Pərviz Yəhyalı çıxış edərək, fikirlərini bildiriblər.
Fuad Babayev rayon əhalisinə səslənərək, ensiklopediyada yer almağa layiq olan şəxslər barədə məlumatları onlara çatdırmağı xahiş etdi.
E.Məmmədli Göyçayın qədim tarixinin, məxsusi ənənənələrinin olduğunu, bölgədə daim multikultural dəyərlərə yüksək qiymət verildiyini bildirdi.
O, Göyçay Ensiklopediyasının müəllifi Elxan Suleymanovun uzun illərdir faydalı ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı, daim təhsilə, elmə qayğı göstərən bir xeyriyyəçi olduğunu, indiyədək yüzlərlə şagirdə təqaüd verdiyini, 10-dan çox məktəb tikdirdiyini və bərpa etdiyini xatırlatdı: “Elxan Süleymanovun babası Hacı Rəhim Əfəndi də xeyriyyəçi, təhsilə qayğı göstərən xadim olub. O, hələ 1911-ci ildə Göyçayda ilk dünyəvi məktəb inşa etdirib. Bu gün də nəvəsi onun yolunu davam etdirir”.
P.Yəhyalı ilk dəfə açıqlanan faktlarla zəngin “Göyçay tarixi”nin yazılmasının rayon üçün çox mühüm hadisə olduğunu dedi: “Hətta hesab edirəm ki, bu kitab rayon, göyçaylılar üçün inqilabi hadisədir”.
Sonda Elxan Süleymanov kitabın təqdimatının yüksək səviyyədə baş tutması üçün göstərdikləri köməyə görə Prezident Administrasiyasına, Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Musavat.com