Günün birinci yarısında Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib

Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
“Sevginin kölgəsi” – “Nəsimi ili” çərçivəsində növbəti sərgi belə adlanır
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını sərt şəkildə pisləyib

Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb. Yağıntının miqdarı 9 millimetr qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

AZƏRTAC