Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Aİ-nin Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi bir daha dəstəkləndi
2018-ci ilin əsas hadisələri
Sərtləşdirilmiş xüsusi karantin rejimi 5 avqust saat 06:00-dək davam edəcək

Azərbaycan Respublikasında səfərdə olan Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.