Gürcüstanlı həmkarlarımız AZƏRTAC-ın kollektivini təbrik edirlər

AVCİYA erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması ilə bağlı yeni layihəyə start verib
XİN: YUNESKO Azərbaycanın çağırışlarına laqeyd yanaşıb, qətiyyət nümayiş etdirməyib
Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib

Gürcüstanda geniş oxucu kütləsinə malik gaxa.ge və 24news.ge portalları, “Gürcüstan” qəzeti Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın fəaliyyətə başlamasının 99-cu ildönümündən yazır, bu münasibətlə agentliyin kollektivini təbrik edirlər.

Gaxa.ge saytının rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə AZƏRTAC-ın 99 illik fəaliyyətinə, keçdiyi mürəkkəb və şərəfli yola nəzər salıb, qazandığı uğurlardan bəhs edib. Jurnalist qeyd edir ki, dünya informasiya məkanında layiqli yer tutan AZƏRTAC ölkədə jurnalistikanın inkişafına və peşəkar jurnalistlərin yetişdirilməsinə də mühüm töhfə verib. Agentliyin 8 dildə xəbər yayımladığını vurğulayan jurnalist, onun dəqiq və qərəzsiz informasiyalarının Gürcüstanda da maraqla qarşılandığını bildirir.

24news.ge portalında və “Gürcüstan” qəzetində də AZƏRTAC-ın fəaliyyətindən, qazandığı uğurlardan ətraflı bəhs olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi