Həmsədrlər Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıblar

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
Milli parklar yanvarın 22-dən öz qapılarını ziyarətçilərin üzünə açır
AVCİYA-nın eksperti, professor Asif Hacıyev Moskva universitetinin tələbələrinə mühazirə oxuyub

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıblar.

AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, həmsədrlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində onların 9 mart tarixli bəyanatında əksini tapmış prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həllinə bölgə əhalisinin rolunu tanıdıqlarını bəyan ediblər.

Həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

“Həmsədrlər bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”, – deyə bəyanatda bildirilir.

AZƏRTAC