Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb
Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü keçirilib

İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub.

AZƏRTAC xəbər verir ki, bu fikir yanvarın 22-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 108-ci ildönümünə həsr edilən “Yaddaşlarda yaşayan Həzi” mövzusunda tədbirdə səsləndirilib.

Tədbirdə “Həzi Əhəd oğlu Aslanovun həyat və döyüş yolu” mövzusunda məruzə ilə çıxış edən AHTM-in rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolundan danışıb, onun şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu diqqətə çatdırıb. Otuz dörd yaşında “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına və general-mayor rütbəsinə layiq görülən Həzi Aslanovun adı qəhrəmanlıq rəmzinə çevrilib.

Bildirilib ki, Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Azərbaycan xalqının igid övladı, Böyük Vətən müharibəsinin qəhrəmanlarından olan Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri kimi tariximizə yazılıb.

Mərkəzi Zabitlər Evinin nəzdində Həzi Aslanov Muzeyinin direktoru Zəminə Xınalı, veteran, hüquq üzrə elmlər doktoru Fazil Hacıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, 701 saylı hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev və digər çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən müharibəsinin əfsanəvi iştirakçılarından biri olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir. 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanrok, Kursk və daha neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak edib, qəhrəmanlıqlar göstərib.

Tədbirdə Həzi Aslanov haqqında sənədli filim nümayiş olunub.