Hazırda ölkə ərazisindəki satış müəssisələrinin depolarında yetərincə tibbi maska var

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib
İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub
Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub

Pandemiya ilə əlaqədar olaraq, Azərbaycana indiyədək idxal olunan tibbi maskaların sayı açıqlanıb.

Bu günədək ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb

Azərbaycanda tibbi maska ehtiyatının sayı da məlum olub.

Hökumətdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisində hazırda satış müəssisələrinin depolarında 4,1 milyon ədəd tibbi maska var.

Qeyd edək ki, Azərbaycanda pandemiya başlayandan indiyədək 38,6 milyondan çox tibbi maska istehsal olunub.

2020-ci ilin martın 5-dən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib.

Report