Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar

Sabirin yaradıcılığına həsr olunan qiraət müsabiqəsinə start verilib
“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfrans keçirilir
AVCİYA Xaçmazda şimal regionu müşahidəçiləri üçün treninq keçirdi

Hazırkı bələdiyyə seçkilərində Azərbaycan seçiciləri kifayət qədər fəaldırlar, Azərbaycan MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə deyib.
“Bu ana görə seçki prosesində kütləvi qanun pozuntuları haqda MSK-ya müraciət daxil olmayıb”, – MSK rəhbəri deyib.
Pənahov 10-cu Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səs verib.
Dekabrın 23-də Azırbaycanda bələdiyyə seçkiləri keçirilir.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb, onlardan 6108-i qadındır. Həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib./Trend/