Hikmət Hacıyev: Ermənilərin bu əməlləri Xocalı soyqırımından başlayan və hazırda davam edən müharibə cinayətlərinin tərkib hissəsidir

Moskvada Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycanda yeni bələdçi kitabı nəşr edilib
Qaxda “Yurd Hotel” mehmanxanasının istifadəyə verilməsi turizmin inkişafına mühüm töhfədir

Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər azğınlaşıb ki, diplomatik nümayəndəliklərin təmsilçiləri Tərtərdə olanda da atəş açırdılar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin Xocalı soyqırımından başlayan və bu gün də davam edən müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir. Onlarda hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır.

“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”, – deyə Hikmət Hacıyev qeyd edib.

AZƏRTAC