Hikmət Hacıyev: “Ermənistan XİN Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır”

Bu gün Bərdəyə raket atılması nəticəsində 19 nəfər ölüb, 60 şəxs yaralanıb
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verib
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub

“Ermənistanın Xarici İşlər Nazirliyi belə bir davakar bəyanatla və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır”.

Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri “Smerç” və “SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”, – deyə Hikmət Hacıyev əlavə edib.

By such bellicose statement and based on fabricated narrative MFA Armenia prepares ground for indiscriminate attacks against Azerbaijani civilians. Armenia as a state sponsoring terrorism demonstrated its true face by firing Smerch and SCUD ballistic missiles to Ganja, Barda etc. pic.twitter.com/lJoETfkPqf— Hikmet Hajiyev (@HikmetHajiyev) November 3, 2020

Report