HÜSEYNOV Elman Süleyman oğlu

MUSTAFAYEV Çingiz Fuad oğlu
ŞAHBAZOV Yavər Əlibala oğlu
ƏLİYEV Vasili Əhməd oğlu

(28.2.1952, Tərtər r-nunun İlxıçılar k. – 14.1.1993) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində dünyaya göz açmışdır. 1958-ci ildə birinci sinfə getmiş, 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1973-cü ildə həmin İnstitutun Hidromeliorasiya fakültəsini bitirir və zabit kimi Gürcüstanda hərbi xidmətə göndərilir. 1975-ci ildə ordudan tərxis olunur və doğma rayonunda müxtəlif vəzifələrdə çalışır.
1988-ci ildə Qarabağda və eləcə də digər sərhəd rayonlarında elan olunmamış müharibə getdikcə daha da alovlanırdı. Azğınlaşmış erməni quldurları torpaqlarımızı zəbt etmək məqsədi ilə irimiqyaslı hücumlar təşkil edirdilər. Sərhəd bölgəsində yerləşdiyindən Tərtər rayonu da tez-tez hücumlara məruz qalırdı.
1991-ci il… Sentyabrm 22-i… O, Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafıə qərargahı yaradır və özü də onun rəisi olur.  Elman Hüseynov 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. O, bir komandir kimi “Tərtər” özünümüdaliə batalyonunun siyasi oyunlardan uzaq olmasını, bu oyunlarda iştirak etməməsini və yalnız doğma torpaqlarımızı azğın düşməndən azad etməsini qarşısına məqsəd qoymuşdu. “Tərtər” batalyonunun döyüşçüləri vuruşduqları hər yerdə özünəməxsus iz qoyurdu. Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Maqavuz, Çıldıran…Bu yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda o, rəşadətlə vuruşmuşdu. Bu döyüşlərdə onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat qənimət götürülmüşdü. Batalyon komandiri döyüşlərdə neçə dəfə yaralansa da, silahdan, səngərdən ayrılmamışdı.
14 yanvar 1993-cü il… Cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Evli idi. Bir oğlu, iki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilmişdir. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır. Tərtər şəhərində büstü qoyulub.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 120