III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil olunacaq

Dünya peyvənd tətbiqi ilə pandemiyaya qarşı mübarizənin yeni mərhələsinə keçib
Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib
Prezident: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Martın 5-dən 12-dək III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 7 minə yaxın şagirdin iştirak edəcəyi milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

AZƏRTAC