“İkinci Respublikanın tarixi (1920-1991)” monoqrafiyası çapdan çıxıb

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib
ATƏT-in sədri bölgəyə rəsmi səfəri zamanı Qarabağ məsələsini müzakirə edəcək
Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıbPrezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib

Azərbaycan tarixinin ən ziddiyyətli, ən çox saxtalaşmaya məruz qalan dövrlərindən biri sovet dövrü tarixidir. Həmin dövrün yenidən tədqiqi, ona aid yeni əsərlərin yazılması bu gün də aktualdır. Uzun illər ərzində sovet dövrünün yenidən tədqiqinin nəticəsi olaraq “İkinci Respublikanın tarixi (1920-1991)” monoqrafiyası bu yaxınlarda işıq üzü görüb. Monoqrafiyanın müəllifi tarix üzrə elmlər doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) I vitse-prezidenti Məhərrəm Zülfüqarlıdır.

Bu barədə AZƏRTAC-a AVCİYA-dan məlumat verilib. Bildirilib ki, monoqrafiyada sovet dövrünə aid mənbələrə, zəngin tarixşünaslığa, həmçinin mövzuya aid son illər yazılmış əsərlərə istinad edilib. Kitab ali təhsilin bakalavr, magistratura, doktorantura pillələrində təhsil alan şəxslər üçün nəzərdə tutulub. Bundan başqa kitabdan sovet dövrü ilə maraqlanan geniş oxucu kütləsi də yararlana bilər.

Nəşrin elmi redaktoru, AMEA-nın Tarix İnstitutunun direktoru tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafatı Laureatı Kərim Şükürov, rəy verən tarix üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Fazil Baxşəliyevdir.