“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin və kitabının təqdimat mərasimi keçirilib

Prezidenti İlham Əliyev: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm “
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- II Hissə
Şamaxıda zəlzələ olub

Dekabrın 24-də Heydər Əliyev Mərkəzində “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” adlı filmin və kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətinə dair film nümayiş olunub.

Sonra Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov və “İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış ediblər.

“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2015” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin ən böyük məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyətinin bu cür yığcam şəkildə əksi, təbii ki, dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma tələb edir. Kitab nəşrə hazırlanarkən mətnin hər abzası və cümləsi, hər bir fotoşəkil dönə-dönə fikir süzgəcindən keçirilib. Nəticədə Prezident İlham Əliyevin 15 illik titanik, çoxşaxəli dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi ortaya çıxıb.