ilyas-babayev.az saytı fəaliyyətə başlayıb

Bərdə rayonunun raket atəşə tutulması nəticəsində biri azyaşlı olmaqla 4 nəfər həlak olub
Laçın rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı mediatur təşkil edilib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər 

Görkəmli tarixçi-arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevin (1935-2017) ömür yolundan və elmi fəaliyyətindən bəhs edən ilyas-babayev.az fəaliyyətə başlayıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalı nəzdindəki “1905.az Studio”da hazırlanan saytın müvafiq bölmələrində böyük alimin ömür yolu haqqında müfəssəl məlumat verilir. “1905.az Studio”nun əməkdaşı Mənsur Mənəfovdan aldığımız məlumata görə saytda alimin əsərlərinin biblioqrafiyası, elmi məqalələrinin  və kitablarının bir qismi də  yer alıb. Saytda həmçinin mərhum İlyas Babayevin unikal foto-şəkilləri və haqqında xatirələr verilib.

Artıq saytda onlarla material var və gündəlik olaraq alimin kitab və məqalələri yüklənir. Saytla [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.