“İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ikinci dəyirmi masa keçirilib

AVCİYA nəşr etdirdiyi kitabların təqdimatını keçirib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı PRESS RELIZ
AVCİYA Oğuz nümayəndəliyi müşahidəçilərini müəyyən edib

Noyabrın 5-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ikinci dəyirmi masa keçirib. İkinci dəyirmi masada Ermənistanın Azərbaycana təcavüzünün  iqtisadi, kulturoloji və ekoloji fəsadları müzakirə olunub.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin T. Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, AVCİYA-nın vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova, Azərbaycan Universitetinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Elçin Cəfərov, “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev, layihənin rəhbəri İrina Muxtarovanın iştirak etdiyi tədbirə onlayn olaraq rusiyalı tarixçi və politoloq Oleq Kuznetsovvə Almaniya Bundestaqının sabiq üzvü Hakkı Kəskin də qatılıb.

Dəyirmi masanı giriş sözü ilə açan Fuad Babayev Azərbaycanın dövlət nbaşçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun cəbhədə qazandığı nailiyyətlərdən söz açıb.  Tədbirin  “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində ikinci söhbət olduğunu vurğulayıb. Birinci dəyirmi masada Ermənistanın Azərbaycana təcavüzünün tarixi kökləri, ermənilərin bizim tarixi torpaqlarımıza yerləşdirilməsinin bəzi özəllikləri ilə bağlı fikir mübadiləsi aparıldığına diqqət çəkən çıxışçı bugünkü diskussiyanın Ermənistanın Azərbaycana təcavüzünün  iqtisadi, kulturoloji və ekoloji aspektlərinə həsr olunduğunu bildirib.

Nazim Mustafa qeyd edib ki,ermənilərin Azərbaycanaqarşı ərazi iddialarına son qoyulsa daonların tariximizə və mədəniyyətimizə qarşı arası kəsilməyən saxtakarlığı bugünkü mövzunun daim aktual edəcək.

Ermənilərinmədəni irsimizə vurduğu sağalmaz yaralardan danışan Elçin T. Əliyev onlarıntarixi memarlıq abidələrimizi saxtalaşdıraraq öz adlarına çıxmasına faktlarla aydınlıq gətirib.

Ermənistanın Azərbaycana təcavüzünün dünya ictimaiyyətinə çatdırılması istiqamətindəAVCİYA-nın gördüyü işlərdən danışan Dəyanət Musayev Elxan Süleymanovun Azərbaycan, ingilis, fransız, ərəb, rus və ukrayna dillərində nəşr edilmiş “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabı haqqında məlumat verib. Çıxışçı daha sonra Azərbaycan ərazisinin Ermənistan qoşunları tərəfindən işğalını və Sərsəng su bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin müddəalarının yer aldığı müracitəin 300 mindən çox səs toplamaqla Ağ Evə ünvanlanan ikinci ən məşhur petisiya olmasını diqqətə çatdırıb.

Sovet dövründə Tarix insitutunun arxivində işləyən ermənilərin mənbələri məhv etməsindən, musiqimizi mənimsəmələrindən danışan Kəmalə Ələkbərova özümüzün də tarixi abidələrimizə laqeyd münasibitimizin yolverilməz olduğunu bildirib.

Azərbaycanın bu müharibədə qələbə qazanacağına əmin olduğunu bildirən Oleq Kuznetsov qeyd edib ki, qalib xalqın ideologiyası işğaldan azad edilmiş torpaqlarımızın inkişafına və yeni dövlət quruculuğuna əsaslanacaq.

Erməniliyin məkrli xislətini xüsusi olaraq vurğulayan Elçin Cəfərov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəyən iqtisadi ziyandan danışıb.

Bu müharibənin dini xarakter daşımadığını qeyd edən Hakkı Kəskin Azərbaycan torpaqlarının işğalına biganə münasibət sərgiləyən beynəlxalq təşkilatların fəaliyyətsizliyindən danışıb. Çıxışçı işğal edilən torpaqların ən qısa zamanda bütünlüklə azad olunaraq yenidən Azərbaycanın nəzarətinə keçəcəyinə əminliyini tədbir iştirakçıları ilə bölüşüb.

AVCİYA-nın Mətbuat xidməti