İşğaldan azad edilən ərazilərdə meşələrin bərpasına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ramil Usubov: Ötən il 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri qlobal liderləri Trampı yola gətirməyə çağırıb

Noyabrın 8-də Topxana meşələrinin bərpasına başlanıldı. Belə ki, həmin gün ölkə üzrə 44 min ağac əkildi və ağacəkmə aksiyası Topxana meşələrinin ərazisində də həyata keçirildi. Nazirlik olaraq hədəflərimiz böyükdür. Əfsuslar olsun ki, ərazilər minalı olduğundan ürəyimiz istəyən işləri hələ görə bilmirik. Torpaqlar minalardan təmizləndikcə biz həmin ərazilərin bərpası ilə bağlı işlərə başlayırıq.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, bu il işğaldan azad edilən ərazilərdə 20 mindən çox ting əkilib, eyni zamanda, 3 tona yaxın müxtəlif ağac cinslərinin toxumları səpilib.

AZƏRTAC