İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı

“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər
TBMM sədri: “Ermənistanın işğalçı olduğu beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsbit etdiyi bir həqiqətdir”

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirilmək məqsədilə həmin hərbçilərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 (beş) il müddətində Müdafiə Nazirliyi tərəfindən ödəniləcək.

Müdafiə və Maliyyə nazirliklərinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

AZƏRTAC