İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası və yenidən qurulmasına gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat ayrılacaq

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev Xətai rayonunda salınan idman-əyləncə park kompleksinin açılışında iştirak edib
Saat 15.00-a olan məlumata görə səsvermədə fəallıq 39,23 faizdir

2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

APA