İslam Konfransı Təşkilatı – # 13/30-P

Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
«Xocalı soyqırımı: bəşəri cinayət cəzasız qala bilməz»
Bu gün Dağlıq Qarabağ üzrə İşçi Qrupun yeni üçtərəfli iclası baş tutacaq

Ermənistan Respublikasının Azərbaycan Respublikasına
qarşı təcavüzü haqqında 13/30-P saylı QƏTNAMƏ*

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rabi-ul avval 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı

İKT Nizamlanmasının məqsəd və prinsiplərindən çıxış edərək;
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizindən artığının işğalından dərin narahat olaraq;
Ermənistan təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkünün aqibəti və humanitar problemlərin böyük həcmindən təsirlənərək;
Ötən konfransların bu problemlə bağlı müvafiq bütün qətnamələrini, xüsusilə İKT Dövlət və Hökumət başcılarının IX Zirvə konfransında qəbul olunmuş 21/9-P(İS) saylı Qətnaməsini bir daha təsdiq edərək;
BMT Nizimnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edilməsinə cağıraraq;
Münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səyləri alqışlayaraq;
Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ehtiramını bir daha təsdiq edərək;
Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərcivəsində aparılan prosesinə dağıdıcı təsirini dərk edərək;
İKT Baş katibinin məruzəsini (İCFM/30-2003/POL/SG-REP.11 saylı sənədi) nəzərə alaraq:
1.Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir.
2.Təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir.
3.İşğal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və dini abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir.
4.BMT Təhlükəsilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistanı ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edir.
5.Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının Ermənistan tərəfindən yerinə yetirməməsindən narahat olduğunu bildirir.
6.Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq, öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır.
7.Bütün üzv dövlətləri Ermənistana – təcavüzkarı münaqişəni şiddətləndirməyə və Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən, silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir.
8.Ermənistanın təcavüzə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır.
9.Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.
10.Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri, BMT-nin Təhlükəsizlik Şurasının bu haqda müvafiq qətnamələrinə və ATƏT-in 24 mart 1992-ci il tarixli Şuranın Birinci Əlavə Görüşünün, ATƏT-in 5-6 dekabr 1994-cü il tarixli Zirvəsinin, ATƏT-in 2-3 dekabr 1996-cı il tarixli və ATƏT-in 18-19 noyabr 1999-cu il tarixli Zirvələrinin, ATƏT-in 18-19 dekabr 1997-ci il tarixli və 3-4 dekabr 2001-ci il tarixli Nazirlər Şurasının görüşlərinin qətnamə və sənədlərinə əsasən ATƏT-in davam edən sülh prosesində konstruktiv surətdə iştirak etməyə dəvət edir və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır.
11.ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş Zirvə görüşünün İcraçı Sədrinin Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin həlli üzrə üç prinsipi – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünü, Azərbaycanın tərkibində Dağlıq Qarabağın yüksək idarəetmə hüququnu, Dağlıq Qarabağın və onun bütün sakinlərinin təmin edilmiş təhlükəsizliyini əhatə edən bəyanatını tamamilə dəstəklədiyini bildirir.
12.Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin mərhələlərlə həlli istiqamətində Minsk Qrupu Həmsədrlərinin təkliflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar üçün əsas hesab edir və dərk edir ki, bu şəkildə yanaşma Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin aradan qaldırılmasını dərhal təmin etməlidir.
13.İKT üzv dövlətlərin Azərbaycan Respublikasına qarşı erməni təcavüzü barədə prinsipial və qəti mövqeyini ATƏT-in İcraçı Sədrinə bildirilməsini Baş Katibdən xahiş edir.
14.Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təstiq edir.
15.Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələrinə imkan yaratmağa çağırır.
16.Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri onlara yardım göstərməyə çağırır.
17.Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım göstərmələrini xahiş edir.
18.Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üzrə tam məsuliyyət daşıyır.
19.Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət və bu haqda İKT Xarici İşlər Nazirlərinin XXXI Toplantısına məruzə etməsini xahiş edir.
* “Ermənistanla Azərbaycan arasında münaqişə haqqında” Qətnamə (12/21-P) ilk dəfə İKT Xarici işlər nazirlərinin 1993-cü ildə Kəraçidə keçirilmiş XXI Toplantısında, sonralar isə İKT Xarici işlər nazirlərinin 1994-cü ildə Kasablankada keçirilmiş XXII Toplantısında (11/22-P) və İKT Dövlət və Hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII Zirvə konfransında (11/7-P(İS)), eləcə də İKT Xarici işlər nazirlərinin 1995-ci ildə Konakridə keçirilmiş XXIII Toplantısında (11/23-P) qəbul edilmişdir. İKT Xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV Toplantısında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” Qətnamə (12/24-P) adını almış bu sənəd İKT Dövlət və Hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII Zirvə konfransında (12/8-P(İS)), İKT Xarici işlər nazirlərinin 1998-cı ildə Dohada keçirilmiş XXV Toplantısında (13/25-P) isə 11-ci və 12-ci bəndləri əlavə olunmaqla, İKT Xarici işlər nazirlərinin 1999-cı ildə Uaqaduquda keçirilmiş XXVI Toplantısında (14/26-P), İKT Xarici işlər nazirlərinin 2000-cı ildə Kuala-Lumpurda keçirilmiş XXVII Toplantısında (17/27-P), İKT Dövlət və Hökumət başçılarının 2000-ci ildə Dohada keçirilmiş IX Zirvə konfransında (21/9-P(İS)), İKT Xarici işlər nazirlərinin 2001-ci ildə Bamakoda keçirilmiş XXVIII Toplantısında (21/28-P) və İKT Xarici işlər nazirlərinin 2002-ci ildə Xartumda keçirilmiş XXIX Toplantısında (20/29-P) bir daha qəbul edilmişdir.