İtaliya mətbuatında Azərbaycanda gömrük sahəsində aparılan islahatlardan bəhs olunub

Polad Bülbüloğlu: “Bu gün Qarabağ münaqişəsini silahlı yolla həll etmək üçün Azərbaycanın bütün imkanları var”
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti ilə görüşüb

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycanın gömrük sistemində aparılan islahatlar və fiskal siyasət uğurlu nailiyyətlər qazandırıb” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin fikirlərinə istinad edilib.

Bildirilib ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin nəqli üçün dəhlizlərin rəqabətqabiliyyətliliyi və səmərəliliyini artırmaq məqsədilə 2018-ci ildə başlanan islahatlar prosesi bu il də davam edəcək. Nəqliyyat və tranzit dəhlizlərinin yaradılması insan və malların daşınması çevikliyini təmin etmək, yüklərin çatdırılma müddətini minimuma endirmək və sərhəd keçidləri yaxınlığında prosesləri sürətləndirmək baxımından vacib prosedurdur.

Qeyd olunub ki, Azərbaycanda vergi siyasəti çərçivəsində həyata keçirilən və xüsusilə kölgə iqtisadiyyatına qarşı yönəlmiş islahatlar müsbət nəticələr verməkdədir.

Diqqətə çatdırılıb ki, Dövlət Gömrük Komitəsi 2018-ci ildə dövlət büdcəsinə 3,434 milyard manat köçürüb ki, bu da proqnoz tapşırığını 141 faiz üstələyib.