“The Jakarta Post” Heydər Əliyev Beynəlxalq Aeroportunu ən gözəl aeroport adlandırıb

“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsinə yekun vurulub
İlham Əliyev: “Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq”
Pan Avropa Regional Şurasının iclasında COP29 barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

İndoneziyanın “The Jakarta Post” qəzeti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən gözəl aeroport adlandırıb.

AZƏRTAC “The Jakarta Post”a istinadla xəbər verir ki, dərc edilən yazıda hava limanlarının ölkə və insanların həyatındakı rolundan bəhs edilib.

Bildirilib ki, hava limanları yalnız nəqliyyatla bağlı bir məkan deyil, həm də ölkənin iqtisadi göstəricisidir. Bir ölkənin əhalisinin gəliri nə qədər çox olarsa, insanlar o qədər çox səyahət edər, dünyanı gəzər.

Dünyada 13 ən gözəl aeroportun adını açıqlayan “The Jakarta Post” siyahıda ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu göstərib. Qeyd edilib ki, Bakının hava limanı ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər. Daha sonra ikinci yerdə ABŞ-da yerləşən “Denver”, üçüncü yerdə isə İspaniyanın “Madrid” aeroportu yer alıb.