Jozep Borrel: Avropa İttifaqı ciddi hərbi gücə çevrilməlidir

AZƏRTAC

Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi irəli sürülüb
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib
Rusiyanın Ukraynaya təcavüzü yumşaq gücün yetərli olmadığını sübut etdi, bu səbəbdən Avropa İttifaqı ciddi hərbi gücə çevrilməlidir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ-nin sammitindən öncə deyib.
“Ukraynadakı münaqişə göstərdi ki, ticarət, qanunun aliliyi, güclü mülki dövlət olmaq kifayət etmir, Avropa İttifaqı ciddi hərbi gücə çevrilməlidir”, – deyə Jozep Borrel bildirib.
“Müdafiə Avropa İttifaqının səlahiyyətində deyil, milli məsələdir. Lakin biz daha çox iş görməli, hərbi büdcəmizi koordinasiyalı şəkildə artırmalıyıq. Avropa İttifaqının hər bir ölkəsi hərbi xərclərini fərdi şəkildə artırsa, böyük vəsait itkisi olacaq, əsas hərbi çatışmazlıqlar aradan qalxmayacaq və imkanlar təkrarlanacaq. Ordu milli suverenliyin əsasıdır, hərbi xərcləri koordinasiya etmək isə siyasi bacarıq tələb edir”, – deyə o əlavə edib.
Jozep Borrel sammitdə Avropa ordularının ehtiyaclarını və müdafiə sənayesinin imkanlarını bir araya gətirən Avropa Müdafiə Agentliyinin hesabatını təqdim edəcəyini bildirib.
Əvvəllər Avropa ölkələrinin hərbi xərclərini ümumdaxili məhsullarının ən azı 2 faizinə çatdırmaq çağırışları yalnız ABŞ və Vaşinqtonun aparıcı rol oynadığı NATO tərəfindən səslənirdi.

AZƏRTAC