Jurnalistlərin referendumda hər hansı problemlə qarşılaşmalarına dair fakt qeydə alınmayıb

Türkiyənin Azərbaycandakı səfiri Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası ilə görüşüb
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Gəncədə erməni terroru nəticəsində dağılan məktəblərin istifadəyə veriləcəyi tarix açıqlanıb

Azərbaycan Mətbuat Şurası Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi üçün təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı “qaynar xətt” elan edib.
Martın 18-də səhərdən başlayaraq Şuranın (012) 561 80 37 və (012) 561 82 46 nömrəli telefonları bu rejimdə fəaliyyət göstərməkdədir. Saat 13.00-a olan məlumata görə, səsverməni işıqlandıran, eləcə də ayrı-ayrı məntəqələrdə müşahidəçilik edən jurnalistlərin hər hansı problemlə qarşılaşmalarına dair hər hansı fakt qeydə alınmayıb, Trend News-a Şuradan məlumat verilib.
MŞ-nin monitorinq qrupunun üzvləri də paytaxtın Səbail, Nəsimi və Nizami rayonlarındakı seçki məntəqələrində peşə fəaliyyətini həyata keçirən jurnalistlərə yaradılan şəraitlə tanış olublar.
Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.
Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib./Trend/