Laçında İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər
FHN işğaldan azad edilmiş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlayıb
Osakada Azərbaycan icması ilə görüşdə diaspor siyasəti və mədəni əməkdaşlıq müzakirə olunub

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll olunması üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası təşkil edilib.

AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, cari ilin beşinci iclasına sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası müzakirə edilir.

Həmçinin təhlükəsiz bərk tullantıların idarəolunması ilə bağlı görülmüş işlər və zərərsizləşdirmə aparılan poliqon sahələri, azad edilmiş ərazilərdə yerin təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan problemlər və onların həlli yolları nəzərdən keçirilir.

AZƏRTAC