Litva nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Şimal bölgəsində seçicilər altı dairə üzrə 76 namizəd arasında seçim edirlər
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Baltik Assambleyasının prezidenti Valeriyus Simulikin başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcək. Bu barədə AZƏRTAC-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat veriblər.

Müşahidəçilər qrupuna Avropa Şurası Parlament Assambleyasında Litvadan olan deputatlar Auşra Papirtiyene, Gintaras Vayçekauskas, Egidiyus Vareykis, Litva Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Zenonas Vayqauskas, habelə Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kesturis Kudzmanas daxildirlər.

Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs