Litva nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Mövlud Çavuşoğlu: “Ermənistan şərtlərə əməl etsə, Azərbaycan və Türkiyə sərhədləri aça, münasibətləri normallaşdıra bilər”
Rəqəmsal məşğulluğa keçid əmək qanunvericiliyinin, məşğulluq siyasətinin elektronlaşdırılmasına gətirib çıxaracaq
Əli Əsədov: “2022-ci il üçün dövlət büdcəsində xərclərin 69 faizi sosialyönümlüdür”

Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Baltik Assambleyasının prezidenti Valeriyus Simulikin başçılığı ilə bu ölkənin nümayəndə heyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcək. Bu barədə AZƏRTAC-a Azərbaycanın Litvadakı səfirliyindən məlumat veriblər.

Müşahidəçilər qrupuna Avropa Şurası Parlament Assambleyasında Litvadan olan deputatlar Auşra Papirtiyene, Gintaras Vayçekauskas, Egidiyus Vareykis, Litva Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Zenonas Vayqauskas, habelə Litva Seymi sədrinin xarici siyasət məsələləri üzrə müşaviri Kesturis Kudzmanas daxildirlər.

Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs