Nüfuzlu nəşrlər Azərbaycana dost münasibəti sərgiləyən AŞPA təmsilçisinə qarşı böhtanların ifşa olunmasına dair yazılar dərc edib
AŞPA-nın sabiq vitse-prezidenti, Azərbaycana dost münasibəti sərgilədiyi üçün erməni lobbisi və ermənipərəst qüvvələr tərəfindən böhtanlara məruz qalan Luka Volontenin Milan Məhkəməsində bəraət alması xəbəri dünya mediasında baş xəbərlərdən biri olaraq tirajlanıb. Xarici mətbuat üzərində apardığımız araşdırmalardan, dəqiqləşdirmələrdən aydın oldu ki, Volonteyə qarşı “çirkli pulların yuyulması” ittihamının puç olması xəbəri dünya mediasında daha çox tirajlanıb, nəinki Azərbaycana və onun dostlarına qarşı böhtan dolu informasiyalar.
Musavat.com-un əməkdaşının apardığı dəqiqləşdirməyə görə konkret olaraq Luka Volonteyə qarşı qaldırılan çirkli pulların yuyulması ittihamı ilə bağlı Milan Məhkəməsinin 13 fevral 2018-ci il tarixli bəraət qərarı haqqında məqalə beynəlxalq mətbuatda geniş yayımlanıb. Bu xəbərin ümumi potensial oxucu kütləsi 80 milyonu keçib.
“Milan Məhkəməsinin çirkli pulların yuyulması ittihamı ilə bağlı Luka Volonteyə bəraət verməsi ilə Azərbaycan QHT-sinin rəhbərinin haqlı olması öz təsdiqini tapır” başlıqlı məqalə ingilis, alman və fransız dillərində 247 xəbər, maliyyə və müxtəlif mətbuat orqanlarında dərc edilib.
Bu xəbər eyni zamanda 65 milyondan çox gündəlik izləyicisi olan “Yahoo!”, 630.000-dən çox gündəlik izləyicisi olan “Dow Jones MarketWatch”, 475.000 gündəlik izləyicisi olan Amerikanın maliyyə xəbər saytı “Seeking Alpha”, hərəsinin 275.000-280.000 gündəlik izləyicisi olan “Washington Business Journal” və “San Francisco Business Times”, Boston Herald kimi tanınmış saytlarda, eləcə də əsas jurnalist resursu portalı olan “US Press Association”da, habelə Amerika və Avropa boyunca onlarla televiziya və xəbər saytlarında dərc olunub.
Almaniyada “Leiter der aserbeidschanischen NRO ACSDA fuehlt sich rehabilitiert, nachdem Luca Volonte durch ein Mailaender Gericht vom Vorwurf der Geldwaesche freigesprochen wurde” (“Milan Məhkəməsinin çirki pulların yuyulması ittihamı ilə bağlı Luka Volonteyə bəraət verməsi ilə Azərbaycan QHT-sinin rəhbərinin haqlı olması öz təsdiqini tapır”) başlıqlı məqalə 115.000 gündəlik izləyicisi olan “ADVFN Deutschland” maliyyə xəbərləri portalı, “Wall Street: Online”, eləcə də “Finanznachrichten” saytları, İtaliyada comunicati.it və ölkənin aparıcı xəbər agentliyi olan “ADN Kronos”, Avstriyada ölkənin ən böyük mətbuat agentliyi “APA-OTS”, İsveçrədə və Almaniyada “News Aktuell”, Portuqaliyada ölkənin universal xəbər xidməti EMSF və Hindistanın ən böyük müstəqil xəbər agentliyi IANS tərəfindən dərc edilib.