Məhərrəm Zülfüqarlı: Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bütün dünya tərəfindən rəsmən tanınıb və qəbul edilib

Səkkiz min səkkiz yüz nəfərə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək
QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu respublika zona konfransı keçirilib
XİN Lion məhkəməsinin Azərbaycanın işğal olunmuş rayonları ilə imzaladığı “saziş”lərin ləğvini alqışlayır

Məhərrəm Zülfüqarlı: “Ermənistan belə saxta iddialarla heç bir vaxt uzağa gedə bilməyəcək”

Ermənistanın Azərbaycana qarşı təxribatları azalmaq əvəzinə, günü-gündən artmaqdadır. Yüz ildən artıqdır ki, qondarma “erməni soyqırımı”nı əllərində bayraq edən Ermənistan və ermənilər yeni-yeni iddialar sərgiləməkdədirlər. 

Erməni mətbuatında yeni cəfəngiyyatlar yer almaqdadır. İrəvandakı “Erməni soyqırımı” Muzey-institutunun direktoru Arutyun Marutyan News.am saytına müsahibəsində bildirib ki, Azərbaycanla yanaşı, “Artsax” və Naxçıvanda “erməni soyqırımı”nı araşdıracaq şöbənin açılması reallaşacaq və artıq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən rəsmi razılıq verilib.

Saxtakarlıqla dolu cəfəngiyyatlarını davam etdirən muzey direktoru onu da deyib ki, “Azərbaycan yenə “Albaniya nəzəriyyəsi”ni aktiv şəkildə “qabağa verir”.

Ermənistanın sözügedən şöbəni yaratmaqda məqsədinin Azərbaycana qarşı yeni saxta iddialarda bulunmaq olduğunu deyən ekspertlər hesab edirlər ki, ermənilər Qafqaza gəlmə olduqlarını, hansı yollarla köçürülüb bizim torpaqlarda məskunlaşdırıldıqlarını ört-basdır etmək üçün bu kimi saxtakarlıqlarını davam etdirirlər.

“Həmin təxribatçı şöbənin yaradılmasında məqsəd azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının saxtalaşdırılmasıdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə qeyd etdi ki, Qarabağın və Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu həm bütün dünya bilir, həm də BMT tərəfindən rəsmən tanınıb və qəbul edilib.

M.Zülfüqarlının sözlərinə görə, Ermənistanın tamamilə yeni əsassız iddiaların “araşdırılması”, “öyrənilməsi” və “beynəlxalq aləmdə təbliği” ilə bağlı yaratmaqda olduğu şöbənin fəaliyyəti erməni yalanlarını, ənənəvi erməni xəstəliyini əhatə edə bilər. Müsahibimiz bildirdi ki, baş verənlər Ermənistanın 44 günlük müharibədə uğradığı məğlubiyyətdən hələ də nəticə çıxara bilmədiyinin göstəricisidir. Uzun müddətdir Naxçıvana qarşı ərazi iddiaları irəli sürən ermənilərin bu çirkin niyyətlərinin arxasında onların azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətlərini gizlətmək cəhdləri dayandığını deyən M.Zülfüqarlı hesab edir ki, Ermənistan, ənənəvi olaraq, yenə də tarixi saxtalaşdırmaqla məşğul olduğunu sübut edir: “Tarixən özünün vətəni olmayan erməni toplumu özündən  miflər uydurub, yalanlar yaradıb. Bu toplum “torpaq xəstəsidir”. Erməni tarixçilərinin uydurduqlarına, o cümlədən də qondarma “erməni soyqırımı”na özləri o qədər inanıblar ki, bundan əl çəkə bilmirlər. Bunun da günahı qondarma tarix yaradan, yazan və cəfəngiyyatları ermənilərin beyinlərinə yerləşdirən erməni tarixçiləridirlər. Erməni tarixçiləri və ideoloqları erməniləri “erməni soyqırımı” xəstəliyinə yoluxdurublar, onlar heç vaxt bu uydurmadan, bu nağıldan əl çəkə bilmirlər. Ona görə də şərait yaranan kimi yalan, uydurma “erməni soyqırımı” məsələsini təbliğ edirlər. Bunlar o qədər düşüncəsiz, ağılsız toplumdur ki, Naxçıvanı və Qarabağı tamam başqa cür qələmə verməyə cəhd edirlər. Məsələ burasındadır ki, 1918-ci ildə və ondan əvvəlki dövrlərdə erməni daşnakları Naxçıvanda, Qarabağda, Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı soyqırım cinayətləri törədiblər. Hətta Cənubi Azərbaycanda və indiki Ermənistan ərazisində də xalqımızı soyqırıma məruz qoyublar. Azərbaycana qarşı növbəti təxribat həyata keçirən Ermənistan nəinki erməni daşnakları tərəfindən törədilən Xocalı soyqırımını, eləcə də 1918-ci ildə azərbaycanlılara qarşı genosid aktlarını saxtalaşdırmaqla məşğul olur. Əslində, Ermənistanda həmin təxribatçı şöbənin yaradılmasında məqsəd azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının saxtalaşdırılmasıdır ki, guya ermənlər azərbaycanlıları deyil, azərbaycanlılar erməniləri “genosid” ediblər. Onlar bu istiqamətdə təxribatlara çoxdan başlayıblar. “Artsax” və Naxçıvanda “erməni soyqırımı”nın “ayrıca araşdırılması”na gəlincə, bilirsiniz ki, 1918-ci ildə erməni daşnakları Naxçıvanda və Qarabağda da azərbaycanlılara qarşı soyqırım cinayətləri həyata keçiriblər, indi ermənilər bunu dünyaya əks istiqamətdə çatdırmaq kimi məkrli məqsəd güdürlər.

Necə ki, 1915-ci ildə Türkiyədə yaşayan ermənilər Türkiyəyə xəyanət edərək Çar Rusiyası tərəfinə keçiblər və türk əhalisini qırıblar, soyqırım ediblər, sonra da dünyaya car çəkiblər ki, türklər erməniləri “soyqırıma məruz qoyublar”. Ermənistan belə saxta iddialarla heç bir vaxt uzağa gedə bilməyəcək, onlar nə qədər tarixi saxtakarlıqlar edəcəklərsə, bir o qədər də erməni toplumu ondan əziyyət çəkəcək”.  

M.Zülfüqarlının sözlərinə görə, Ermənistan gündə bir mərkəz, bir şöbə yaradır, burada qondarma, saxta tarix quraşdırmaqla, Azərbaycana qarşı iftira atmaqla məşğul olurlar, beynəlxalq aləmə tamamilə yalan informasiyalar verirlər. Azərbaycanda hansı səbəbdən qondarma erməni iddialarını, “soyqırım”ını ifşa edən qurum və mərkəzlərin yaradılmadığına gəlincə, M.Zülfüqarlı dedi ki, bu bizim ən yaralı yerimizdir. Onun sözlərinə görə, bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var, lakin bəzi aidiyyəti qurumlar bu məsələdə biganəlik nümayiş etdirirlər. “Biz əgər cəbhədə qazandığımız qələbəni ideoloji, təbliğat sahəsində də daha uğurla aparmaq istəyiriksə, tariximizi daha yaxşı təbliğ etməliyik. Bunun üçün xüsusi mərkəzlər açmalıyıq, saxta erməni “soyqırım”ını ifşa etməliyik, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarını bütün dünyaya çatdırmalıyıq. Biz bu məsələlərdə gecikirik. Ermənilər təkcə 1918-ci ilin martında soyqırım törətməyiblər ki, ayrı-ayrı vaxtlarda da bu cinayətkar əməllərini həyata keçiriblər. Bizim babalarımız tarix yaradıblar, amma yazmayıblar, bundan isə şovinist, məkrli erməni tarixçiləri istifadə ediblər. Heç olmasa XXI əsrdə biz bu problemləri dərk etməli və onların düzgün həllinə təşəbbüs göstərməliyik, səlahiyyətli qurumlar da buna dəstək verməlidirlər” – deyə M.Zülfüqarlı qeyd etdi.

Bakı xəbər