Məleykə Abbaszadə: “İldən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”

Məhərrəm Zülfüqarlı: “Artıq dünya Ermənistanın yalanını görür və nifrət edir”
Azərbaycan ilə UNESCO arasında səmərəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb, Azərbaycan Prezidenti Forumda iştirak edir

“Keçən il dövlət sifarişli plan yerlərinin sayı artmışdı. İndi heç bir fikir söyləyə bilmərik”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

DİM sədri qeyd edib ki, plan yerlərini Nazirlər Kabineti təsdiqləyir: “Biz yalnız təkliflərimizi veririk. Qeyd edim ki, 2019-cu ildə 41 693 nəfər ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, həmin plan yerləri 87% dolmuşdu. Qəbul olanların arasında 7% subbakalavr idi. 2020-ci ilin plan yerləri artırılıb. Dövlət sifarişli yerləri də artmışdı. Həmin il 41 748 nəfər ali məktəbə qəbul olmuşdu. 86 % plan yerləri dolmuşdu. Qəbul olunanlar arasında 10 % subbakalavr təşkil edirdi. 2019-cu il 3 515 subbakalavr, 2020-ci ildə isə 5 179 subbakalavr ali məktəbə qəbul olmuşdu. Bu da o deməkdir ki, ildən-ilə subbakalavrların ali məktəblərə qəbul faizi artacaq”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onu da bildirib ki.

“COVID-19 pandemiyasına görə 2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu”.

“Virusla bağlı yaranmış vəziyyət dünya təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil sistemi böhrana uğradı. Təbii bizim məqsədimiz bu böhrandan minimum itkilərlə çıxmaqdır”, – o deyib.

Report