«İrəli» Ümumrespublika Gənclər Hərəkatının təsisçisi, Harvard Universitetinin « Liderlər inkişafda » Proqramının məzunu Ceyhun Osmanlı ilə Trend News -un müsahibəsi
– Müstəqil Azərbaycan Dövlətinin bu günü və yaxın keçmişdə keçdiyi inkişaf yolu barədə nə düşünürsünüz?
– Yəqin ki, hər birimiz inkişaf etmiş ölkələrdən birinə, məsələn, Norveçə səyahət etdikdə, xəyallara qapılırıq. Bizim ölkənin də nə vaxtsa inkişaf etmiş ölkə olacağı, cəmiyyətdə baş verən proseslərdə insanlarımızın şüur səviyyəsinin bu dərəcəyə çata biləcəyi barədə düşüncələrə dalırıq. Dövlətmizin, cəmiyyətimizin və fərdlərimizin inkişaf səviyyəsinin ən yüksək dünya indeksinə cavab verməsi üçün nə etmək lazımdır kimi düşüncələrə. Şəxsən məni bu suallar çox düşünməyə məcbur edir.
Ola bilsin ki, 20 il əvvəl bu mövzu ilə bağlı düşüncələr utopiya kimi görünürdü. Ümumiyyətlə, dünya xəritəsində Azərbaycan adlı müstəqil dövlət mövcud deyildi. İndi isə, bizim 17 illik müstəqillik təcrübəsinə malik dövlətimiz var. Lakin müstəqilliyin əldə edilməsi hələ siyasi stabillik, dövlətin təşəkkül tapması və iqtisadi inkişafı demək deyil. Azərbaycanın müstəqilliyinin qorunması, dövlətimizin formalaşması ilə bağlı bütün atributların bərpası, siyasətimizdə prioritetlərin yaradılması və sözün əsl mənasında, Müstəqil Azərbaycanın formalaşdırılması üçün dahi Heydər Ədliyevə 10 il gərək oldu.
Bu halda, 17 il əvvəl Azərbaycan yalnız Konstitusiya baxımından müstəqil idisə, dahi Azərbaycan liderinin səyləri sayəsində Azərbaycan, həm siyasi, həm də iqtisadi müstəqillik qazandı. Digər ölkələr üçün on illərin gərək olduğu olduqca çətin təşəkkül prosesi, Azərbaycanda qısa müddət ərzində ustalıqla həyata keçirildi.
Göstərilən nailiyyətlərlə yanaşı, hardasa beş il bundan əvvəl təqribən əhalimizin yarısı yoxsulluq səviyyəsində idi, Azərbaycan inkişaf etməmiş ölkələr sırasına daxil idi ki, bu da respublikada yerinə yetirilməli olan böyük iş həcmindən xəbər verirdi. Beş il keçməsinə baxmayaraq, indi Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkəsidir. İndi Azərbaycan – inkişaf etməmiş Afrika ölkəsi deyil, onu Şərqi Avropa və Amerika qitəsinin inkişaf etmiş ölkələri ilə müqayisə edirlər.
Bu faktlar arxasında son beş il ərzində Azərbaycanın keçdiyi hərtərəfli inkişaf yolu dayanır. Deməli, prezident İlham Əliyev öz missiyasını uğurla həyata keçirib. Məhz bu uğur xalqın öz liderinə kapital inamını daha da artırdı və bunun nəticəsi olaraq, xalqın mütləq əksəriyyətinin etibarını qazanan İlham Əliyev, növbəti dəfə Azərbaycan Respublikasının prezidenti seçildi.
Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkə kimi görmək istəyi barədə əvvəlki düşüncələrimə qayıdaraq demək istəyirəm ki, məndə Azərbaycanın inkişaf etmiş ölkəyə çevriləcəyinə dair inam daha da güclənib.
Prezidentin andiçmə mərasimində söylədiyi fikirlər mənim əminlik və ümidlərimi daha da artırdı.
– Siz olduqca maraqlı mövzuya toxundunuz. İlham Əliyevin adiçmə mərasmində səsləndirdiyi məhz hansı fikirldər sizin diqqətinizi cəlb etdi?
– Bir saat davam edən andiçmə mərasimi prezidentin Azərbaycanın gələcək inkişafı ilə bağlı fikirlərinin hamısının ifadə edilməsi üçün kifayət qədər deyildi. Lakin orada səsləndirilən fikirlər, demək olar ki, qarşıdakı beş ildə Azərbaycanın konturlarını cızdı. Mənim diqqətimi daha çox cəlb edən məqamlardan biri, prezidentin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməyi qarşısına məqsəd qoyması oldu. Bunun üçün Azərbaycanın lazım olan hər şeyə – insan resurslarına, iqtisadi təminata və siyasi stabilliyə malik olduğu qeyd olundu. Bunlarla yanaşı, bir çox sahələrdə müasirləşdirilməyə və islahatların aparılmasına ehtiyac olmasına dair fikirlər səsləndirildi. Prezident xüsusilə də siyasi sahədə yeniliklərə ehtiyacın olması məsələsinə üç dəfə toxundu.
– “Siyasi sahədə novasiya (yenilik)” dedikdə nə nəzərdə tutursunuz?
– Mən siyasi islahatları, əsasən, institusional islahatlar və güclü insan kapitalının formalaşdırılması kimi başa düşürəm;hər bir inkişaf dövrü müvafiq menecment və strukturizasiya tələb edir. Biz qarşımıza inkişaf etmiş ölkəyə çevrilmək məqsədi qoymuşuqsa, bu, səviyyəsi inkişafa adekvat olan müvafiq struktur və kadrların olması ilə şərtlənməlidir. İnsan kapitalı xüsusilə mühümdür. Çünki, hər bir inkişafın əsasında insan amili dayanır. Almaniya və Yaponiyadakı bu günkü iqtisadi möcuzələri yad planetlilər etməyib, adı çəkilən ölkələrin sakinləri edib. Əgər bu gün Azərbaycan prezidentnin həmvətənlərinə vətənimizi inkişaf etmiş ölkəyə çevirməyə dair tarixi çağırışı səslənirsə, o zaman hər bir vətəndaş – məmur, müəllim, həkim və istənilən ixtisas sahibi göstərilən çağrışa müvafiq potensiala malik olmalıdır. İnsanlar vəzifə sözünü gəlir və prestij mənbəyi kimi deyil, ölkəyə və xalqa «xidmət vasitəsi» kimi dərk etməli və tətbiq etməlidirlər.
– Sizin zənninizcə, prezidentin insan kapitalı ilə bağlı mövqeyi necə olacaq?
– Andiçmə mərasimində prezident tərəfindən səsləndirilən «Azərbaycanın inkişafı üçün öz vətəninə və xalqına bağlı peşəkar kadrlara ehtiyac var» fikri bu mövzuya hansı diqqətin ayrılmasının göstəricisidir. Bu məsələnin gündəmdə olmasını prezident əvvəllər verdiyi, beş mindən çox gəncin dövlət hesabına təhsil almaq üçün xaricə göndərilməsini nəzərdə tutan sərəncam ilə təsdiq edib. Bizim məqsədimiz qısa müddət ərzində Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdirsə, o zaman ölkə həyatına insan kapitlı siyasəti rəsmi şəkildə daxil olmalıdır, Azərbaycanda və onun hüdudlarından kənarda mövcud olan bütün insan resursları strateji məqsədlər kontekstində təhlil edilməlidir.
Hazırda Azərbaycanda bütün bu məsələlər ilə sistemli şəkildə məşğul olan İnsan Kapitalı Fondunun yaradılmasına ciddi ictimai tələb var. Zənnimcə, maarifləndirici proqramlarla yanaşı, xaricdə təkmilləşdirmə proqramlarının açılmasına ehtiyac var. Deyə bilərəm ki, «İnvekt» təşkilatı (Almaniya) hər il Rusiydan iki min menecer üçün təkmilləşdirmə proqramları təşkil edir. Hesab edirəm ki, biz bu proqramdan istifadə etməliyik. Bununla paralel olaraq, Azərbaycanın ali təhsil müəssisələri öz fəaliyyətlərini müasir təhsil standartlarına müvafiq şəkildə həyata keçirməlidir ki, bu da yerli səviyyədə güclü insan resurslarının formalaşdırılmasına kömək edəcək.
– Andiçmə mərasimində prezidentin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirləri diqqəti xüsusi olaraq cəlb etdi. Bu mövzu ilə bağlı nə deyə bilərsiniz?
-Prezidentin «bundan sonra nə qədər vaxt keçəcəyindən asılı olmayaraq, Dağlıq Qarabağın müstəqil olmayacağına» dair söylədiyi fikirlər bütün dünyaya rədd şəklində açıq – aşkar mesajdır. Prezident öz mesajı ilə münaqişənin Ermənistanın xeyrinə həll olunacağına dair fantastik və qeyri – real arzularla yaşayan qüvvələrin limitini minimuma endirdi. Təbii ki, mən prezidentin qəti fikrini və bunun arxasında dayanan real əsası dəstəkləyirəm. Bizim gənclər göstərilən fikirlərin mahiyyətini anlayaraq, «Sülh arzulayırsansa, müharibəyə hazır ol» vəziyyətindədirlər. Bu gün biz həm sülhə, həm də müharibəyə eyni dərəcədə hazırıq. Qarşı tərəfin öz seçimini etməsi vaxtı çatıb.