Məşhur Bakı milyonçusu haqqında serial çəkiləcək

AZƏRTAC

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Qarabağda separatçılığı təşviq edən bəyanatlarını sərt şəkildə pisləyib
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Məşhur Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev haqqında serialın hazırlıq mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, səkkiz seriyadan ibarət film Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və digər bir neçə qurumun iştirakı ilə istehsal olunacaq.
Xatırladaq ki, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Böyük xeyriyyəçinin 200 illiyi ölkəmizin təşəbbüsü ilə UNESCO-nun 2023-cü il üçün yubileylər proqramına da salınıb. Tağıyev haqqında serialın da o tarixdə hazır olması nəzərdə tutulur.

AZƏRTAC