Maliyyə Nazirliyi: “Azərbaycanda inflyasiyanın əsas hissəsi idxal olunur”

Report

Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək
Azərbaycanda inflyasiya müəyən olunmuş səviyyədən yüksəkdir ki, bunun da əsas hissəsini idxal olunmuş inflyasiya təşkil edib.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.
“Son illərdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin apardığı islahatların nəticəsidir ki, biz bu gün tək real artım səviyyəsində deyil, nominal artım səviyyəsində ÜDM-yə adekvat gəlirləimizin artırılmasını təmin edə bilərik”,- A.Bayramov bildirib.
Onun sözlərinə görə, neft sahəsi ilə bağlı proqnozlarda bəyan olunmuş qiymətlər bəllidir və “bəxtimiz gətirir ki, qiymət kifayyət qədər yüksək istiqamətdədir”.
“Bunun nəticəsində əhəmiyyətli dərəcədə, artımlar mövcuddur. Son illərin xüsusiyyətlərini nəzərə alsaq, hesab edirik ki, bu ildə də bu proses davam edəcək”, – nazir müavini əlavə edib.
Qeyd edək ki, ötən ilin dövlər büdcəsində neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb, faktiki olaraq isə orta qiyməti 71,4 ABŞ dolları təşkil edib. Bu ildə isə 100 ABŞ dollarını ötüb.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,4 %, qeyri-ərzaq məhsulları üzrə 106,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib. Təkcə aprel ayında isə istehlak qiymətləri indeksi mart ayına nisbətən 101 %, ötən ilin aprel ayı ilə müqayisədə 113 % olub.

Report