Mayın 25-də qazilərə və şəhid ailələrinə dəstək üçün “YAŞAT” Marafonu keçiriləcək

Gələn ilin ilk 5 ayında “Ağıllı kənd”ə sakinlərin köçürülməsi tamamilə yekunlaşa bilər
İraqdan Azərbaycana qaytarılan 100-dək uşaq dövlət qeydiyyatına alınıb
Azərbaycan Prezidenti Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.

APA-nın xəbərinə görə, marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.

Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.

Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.

Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.

Artıq PR məqsədilə “Yaşat Marafonu”nun keçiriləcəyi ilə bağlı mətbuat konfransı təşkil edilib. Marafonla bağlı PR materiallar mediada (TV, radio, saytlar), sosial şəbəkələrdə (fb, instagram, twitter, telegram, linkedin, youtube), “ASAN xidmət” mərkəzlərində və şəhərdəki monitorlarda nümayiş olunacaq.

Marafon 25 may saat 21:00-dan 23:00-dək yayımlanacaq.

Aparıcılar Leyla Quliyeva və Tural Əsədovdur.

APA