Mayın 31-dən Metropolitenin və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar
Prezident Əliyevin bir ayda iri telemüsahibələri Qarabağ münaqişəsi barədə dünyanın tarix bilgilərini xeyli möhkəmləndirdi…
Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək 

Mayın 31-dən Bakı Metropoliteninin və regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

Şahmar Mövsümov, həmçinin deyib ki, iyunun 10-dan müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri açılacaq.